Nə olursa olsun... | Sevinc Pərvanə

bəzən hardasa
zorlanmaq təhlükəsinə belə razıdır qadınlar
pıçıltıyla belə etiraf etməsələr də içlərində

nə şəraitdə olursa-olsun
ən pis halda belə
kişiləri günahkar sayacaqlar onsuz da-
bilir qadınlar!
amma günahın yarısını
onlar daşıyır-
səssiz baxışlarında
ya bir dodaq tərpənişində
əlindən bir-bir salıb əşyaları
ehtirasla əyiləndə-
çox vaxt da bilərəkdən...

on beş yaşımdaydım
orta məktəb müəllimlərimdən biri
eh... nə isə...
səhər imtahandan beş aldım

əvvəl müqavimət
göz yaşı yalvarış
sonra boşalan qollar
və sonsuz həzz...
olduqca banal bir göstəri
bəlkə də ehtirasın ən yüksək anında
ağlamaları da həzzdəndir
sonra da
əlləriylə üzlərini örtərlər
utanmaq əllərin payına düşər

Həmçinin oxu:Atamın xatirəsinə
 

4 şərh

worldwidelove
OMG bunu yazan kimdirse ya xestedi yada ki ruhi cehhetden catmir onda ..manyakk
Shabnam_Ilham
Sevinc Pərvanə, indi səhv etmirəmsə adı Sevinc El-sevər gedir. Burda keçid kimi qoyulmuş Atamın xatirəsinə və həmçinin bu şeiri bəyənmədim.Ola bilər bu cür şeir bizim cəmiyyət üçün yaddır ona görə o qədər də xoşuma gəlmədi.
Gülnar
Burda qeyri-adi heç nə yoxdu..Hamının bildiyi şeyləri şeir formasında yazıb..Buna nə cəsarət, nə sənət əsəri, nə də ki yüksək ideya aşılayan şeir demək olmaz..Amma mənfi tərəfindən danışsaq — 15 yaşında ağlı az olan bir qız bunu oxusa elə biləcək ki, imtahandan 5 almaq üçün müəllimə «xidmət» göstərmək heç də dünyanın axırı deyil, hətta bundan həzz də almaq olar. Onsuz da televiziyadakı serial və evləndirmə verilişləri bu millətin ailə, əxlaq, davranış, barədə təsəvvürlərinin səhv yolda getməsi üçün "əvəzolunmaz" xidmətlərini göstərir, heç olmasa ədəbiyyatımızı korlamayın.